Boat Racing

Qısa təsvir

                    “Boat Racing” müsabiqəsi gəncləri və texnologiya həvəskarlarını STEAM biliklərini öyrənməyə, istifadə etməyə, süni intellektlə təcrübə aparmağa, gələcək texnologiyanın iş prinsiplərini araşdırmağa, mühəndislik təcrübələrini və müstəqil düşünmə qabiliyyətini inkişaf etdirərək nəticəyə nail olmağa təşviq edir. 

                  Bu yarışda iştirakçılar gəmi modeli hazırlayacaq, yarış zamanı suyun səthində onu idarə edəcək və maneələrdən keçərək finiş xəttinə çatacaqlar. İştirakçılar gəmilərini hazırlamaq üçün dəstlə təmin ediləcək və onlar üçün biliklərinin inkişaf etdirilməsi məqsədilə təlimlər təşkil olunacaq.

Tələblər

Komanda tərkibi: 3 şagird və 1 mentor

Yaş limiti: 13-16 (1 dekabr 2023-cü il tarixində olan yaş hesablanır.)

Qeydiyyat: 15 Oktyabr

Seçim prosesi: 15 Oktyabr