Wings and Wheels

Qısa təsvir

                   “Wings & Wheels” hər bir şagirdin potensialını ortaya çıxarmaq üçün qurulmuş təhsil robotu və dronların birgə fəaliyyətindən ibarət yarışmadır. Bir-birindən fərqli, qabaqcıl yarış etapları və ağıllı funksiyalar vasitəsilə iştirakçılara proqramlaşdırma, elm, riyaziyyat, fizika və bir çox başqa sahələri dərindən başa düşmək imkanı verir. 

                  Robot və dron proqramlaşdırması ilə məşğul olan gənclər mürəkkəb problemləri daha kiçik və asan hissələrə bölərək hissə-hissə həll etməyi öyrənirlər, eyni zamanda, STEAM-in əsaslarını başa düşür və bu yolda öyrənmə, özünə inam və komandada işləmək vərdişlərini inkişaf etdirərkən öz bacarıqlarını yarışmada tətbiq edirlər.

Tələblər

Komanda tərkibi: 2 şagird və 1 mentor

Yaş limiti: 13-15 (1 dekabr 2023-cü il tarixində olan yaş hesablanır.)

Qeydiyyat: 15 oktyabr

Bu kateqoriya üzrə qeydiyyat limiti 30 komandadır

Seçim prosesi: Qeydiyyatdan sonra açıqlanacaqdır

Qeydiyyat sayı bitmişdir