Engineers of Future

Qısa təsvir

            Fərqli dünyaları kəşf edərək təxəyyüllərini inkişaf etdirmək istəyən şagirdlər üçün əla yarış təklif edirik! Bu yarışda çoxlu sayda konstruktiv taxta dəstlərindən istifadə etməklə ev, avtomobil, ferma və ya şəhər tikiləcək, daha sonra isə şagirdlər tərəfindən dizayn etdikləri dünyaların hekayələri yaradılacaq.
            İştirakçılar şəhərlər və ya təsərrüfatlar kimi böyük strukturlar tikərək dünya yarada və ya fermada heyvanlara sığınacaq hazırlaya, bitki və tərəvəz yetişdirmək kimi məhsuldar fəaliyyətlərlə də məşğul ola bilərlər.
            Bundan əlavə şagirdlər öz təsəvvürlərini və xəyal dünyalarını tam olaraq ortaya çıxarmaq üçün öz yaratdıqları şəhər ya qəsəbəni zövqlərinə uyğun boyaya biləcəklər.
            Nəhayət, bütün strukturlar tikildikdən sonra uşaqlar zəlzələ testi edəcəklər. Şagirdlərə tikinti və mühəndisliyin əsaslarını öyrənmək üçün əla fürsət verən bu test, strukturların davamlılığını müəyyən etmək üçün nəzərdə tutulmuşdur.
            Bu yarışda iştirkaçılar təkcə öz təxəyyüllərini reallaşdırmayacaq, həm də real dünya təcrübələrindən öyrənəcəklər!

Tələblər

Komanda tərkibi: 2 şagird və 1 mentor

Yaş limiti: 6-8 (1 dekabr 2023-cü il tarixində olan yaş hesablanır.)

Qeydiyyat: 15 oktyabr

Hesabatların son yüklənmə tarixi: 20 oktyabr