Qısa təsvir
XXI əsr təhsilalanları təhsildə tətbiq olunan yeni yanaşmalar nəticəsində müasir cəmiyyətin müxtəlif sahələrinin inkişafı üçün zəruri olan elm sahələri istiqamətində bilik və bacarıqlar əldə edirlər. Məhz bunun nəticəsi olaraq real həyati problemlərin həlli istiqamətində bilik və bacarıqlarını tətbiq edərək cəmiyyətə öz töhfələrini verə biləcək gənc nəsil formalaşmağa başlamışdır.
SAF 2023-də “İnnovativ layihələr sərgisi”nin təşkilində əsas məqsəd müxtəlif yaş qrupundan olan istedadlı təhsilalanların üzə çıxarılması, həmçinin potensialın daha da inkişaf etdirilməsi üçün şəraitin yaradılmasıdır.
Tələblər
Komanda tərkibi: 2-3 şagird və 1 mentor
Yaş limiti: 11-21 (1 dekabr 2023-cü il tarixində olan yaş hesablanır.
Qeyd
Son qeydiyyat tarixi: 15 oktyabr
Layihənin yüklənməsi üçün son tarix: 20 oktyabr