Qısa təsvir
“Deep Dive” müsabiqəsinin məqsədi gəncləri və texnologiya həvəskarlarını STEAM biliklərini öyrənməyə, istifadə etməyə, süni intellektlə təcrübə aparmağa, gələcəyin texnologiyalarının iş prinsiplərini araşdırmağa, mühəndislik təcrübələrini və müstəqil düşünmə qabiliyyətini inkişaf etdirərək nəticəyə nail olmağa təşviq etməkdir.
Bu kateqoriyada iştirakçılar sualtı dronlarını hazırlamalı və yarış zamanı suyun altında yerləşdirilən halqalardan keçərək finiş xəttinə çatmalıdırlar. İkinci mərhələdə isə iştirakçılar su altında təmizlik aparacaqlar. İştirakçılar sualtı dronlarını hazırlamaq üçün dəstlə təmin ediləcək, eləcə də, onlar üçün biliklərinin inkişaf etdirilməsi məqsədilə təlimlər təşkil olunacaqdır.
Tələblər
Komanda tərkibi: 2 tələbə və 1 mentor
Yaş limiti: 17-21 (1 dekabr 2023-cü il tarixində olan yaş hesablanır.)
Qeydiyyat: 15 oktyabr
Layihələri göndərmək üçün son tarix: 15 oktyabr