Robokids

Qısa təsvir

Robokids yarışı məktəbəqədər və ibtidai sinif şagirdləri üçün Matata platformasında keçiriləcək yarışdır. Yarışın məqsədi uşaqları komanda şəklində işləməyə sövq etmək, peşəkar həssaslıq və rəqabəti təbliğ etmək, ünsiyyət bacarığını, məntiqi təfəkkür, kodlaşdırma kimi bacarıqları inkişaf etdirmək, həm də şagirdlərin əylənərək araşdırma aparıb öyrənməsi və yarışmasını təşkil etməkdir. Seçim turundan keçən komandalar birinci mərhələdə düzgün utilizə olunmayan və ətraf mühitə atılan batareyaların vura biləcəyi ziyan barədə araşdırma aparıb poster hazırlamalı, ikinci mərhələdə elan olunacaq mövzuya uyğun sahə hazırlamalı və üçüncü mərhələdə matata robotlarının köməyi ilə hazırladıqları sahəyə atılmış batareyaları utilizə sahəsinə çatdırmalıdırlar.

Tələblər

Komanda tərkibi: 2 şagird və 1 mentor

Yaş limiti: 6-8 (1 dekabr 2023-cü il tarixində olan yaş hesablanır.)

Qeydiyyat: 15 oktyabr

Seçim prosesi: 29 oktyabr 23:59