Qısa təsvir
“VEX V5” hər kəs üçün təhsil robotudur. Robototexnika təkcə gələcək deyil, həm də bugündür. Proqramlaşdırma, sensorların idarə edilməsi və robotun avtomatlaşdırması ilə yanaşı, şagirdlər həm 21-ci əsrin bacarıqlarını, həm də gündəlik həyatda uğur qazanmaq üçün lazım olan digər bacarıqlarını da mükəmməlləşdirirlər.
Elm və mühəndislik prinsiplərindən başqa, “VEX V5” dəstlərindən modellərinin quraşdırılması qruplar arasında yaradıcılıq, komanda işi, liderlik və problemlərin həllinin daha optimal yollarının tapılmasına təşviq edir.
Tələblər
Komanda tərkibi: 3 şagird və 1 mentor
Yaş limiti: 14-17 (1 dekabr 2023-cü il tarixində olan yaş hesablanır.)
Qeydiyyat: 15 oktyabr
Seçim prosesi: Qeydiyyatdan sonra açıqlanacaqdır