FIRST LEGO League Challenge (Off-Season)

Qısa təsvir

             “FIRST® LEGO® League Challenge” (Off-Season) mövsümdənkənar hazırlıq çərçivəsində təşkil edilir. Yarışının məqsədi iştirakçılara komanda şəklində işləmə bacarığı, dostluq rəqabəti, peşəkar həssaslıq, tənqidi düşüncə, ünsiyyət və s. kimi vacib hesab edilən 21-ci əsr bacarıqlarını mənimsətməkdən ibarətdir. Bundan başqa, iştirakçıların həm hazırlıq prosesində, həm də turnir günlərində “əyləncəli” zaman keçirməsi proqramın əsas məqsədlərindən biridir.

            Turnir günü komandalar hər ilin mövzusuna uyğun yığdıqları layihəni jürilərə təqdim edirlər. 2023 - 2024 mövsümündə “FIRST LEGO League Challenge” proqramı, bütün dünyada mövzu MASTER PİECE℠ olaraq elan edildi.

Tələblər

Komanda tərkibi: 3 şagird və 1 mentor

Yaş limiti: 10-15 (1 dekabr 2023-cü il tarixində olan yaş hesablanır.)

Son qeydiyyat tarixi: 15 oktyabr

Bu yarış qeyri-rəsmi keçirilir.

FIRST LEGO League Challenge-ın bu dörd bərabər 
çəkili hissəsinin((Robot Desigin, Robot Game, İnnovation Project, Core Values)

 hər biri ümumi performansınızın 25 faizini təşkil edir.

FLL Challenge (Off-Season) kateqoriyası üzrə Seçim Turları 30 oktyabr - 5 noyabr 2023-cü il tarixlərində keçiriləcək.

Bakı ş. üzrə seçim turu 30 oktyabr - 1 noyabr STEAM İnnovasiya Mərkəzində keçiriləcək. (Dəqiq saatlar haqqında məlumat komandaların şəxsi kabinetlərinə göndəriləcək.)
Regionlar üzrə seçim turu 2-5 noyabr STEAM Mərkəzlərində keçiriləcək. (STEAM Mərkəzi və dəqiq saatlar haqqında məlumat komandaların şəxsi kabinetlərinə göndəriləcək.)

Seçim turlarında yalnız komanda və komanda rəhbəri iştirak edə bilər.